Britaniyanın Azərbaycandakı səfirliyi: “Hökumətimiz şirkətlərin özəl sərgiyə dəvət olunması və iştirakı prosesinə təzyiq göstərə bilməz”

Britaniyanın Azərbaycandakı səfirliyi: “Hökumətimiz şirkətlərin özəl sərgiyə dəvət olunması və iştirakı prosesinə təzyiq göstərə bilməz”
# 05 noyabr 2013 13:38 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Dünya Turizm Marketi adlanan sərgi özəl tədbirdir və özəl şirkətlər tərəfindən təşkil olunur. Britaniya hökuməti şirkətlərin dəvət olunması və iştirakı prosesinə təzyiq göstərə bilməz”.

APA-nın xəbərinə görə, bu açıqlamanı Dağlıq Qarabağ separatçılarının turizm şirkətlərinin Londonda keçiriləcək “The World Travel Market” adlı sərgidə iştirakına dair xəbərləri şərh edən Böyük Britaniyanın Azərbaycandakı səfirliyi verib.

Xatırladaq ki, Ermənistan mətbuatının məlumatına əsasən Dağlıq Qarabağ və Ermənistan şirkətləri 4-7 noyabr tarixində Londonda keçiriləcək turizm sərgisində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR