Ötən ay Azərbaycanda nəqliyyat tarifləri ucuzlaşıb

Ötən ay Azərbaycanda nəqliyyat tarifləri ucuzlaşıb
# 09 iyun 2014 08:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7%, sərnişindaşıma tarifləri isə 0,2% ucuzlaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbər görə, may ayı ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,1%, digər xarici ölkələr üzrə 7,5% ucuzlaşma müşahidə olunub.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,7% ucuzlaşıb.

MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 11,3% ucuzlaşıb, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4,0% bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4,0% ucuzlaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR