Keçmiş hərbçi Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında damarlarını doğrayıb - YENİLƏNİB

Keçmiş hərbçi Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında damarlarını doğrayıb - <span style="color: red;">YENİLƏNİB
# 22 mart 2014 15:49 (UTC +04:00)

Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə parlament prospekti 3 ünvanında, Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında baş verib.

Bakı şəhər sakini, keçmiş hərbçi, 1972-ci il təvəllüdlü Alim Məhəmməd oğlu Əhmədov Müdafiə Nazirliyinin qarşısında sol qolunun damarlarını doğrayıb.

A. Əhmədov ayağında şiş olduğu üçün Müdafiə Nazirliyinə qəbula gəlib, lakin onu heç kim qəbul etmədiyinə görə özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR