Abşeron rayonunda “Shacman” markalı yük avtomobili yanıb

Abşeron rayonunda “Shacman” markalı yük avtomobili yanıb
# 18 dekabr 2013 00:50 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus “Shacman” markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin kabinəsi və qabaq sağ təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR