Mərkəzi Bankın İdarə Heyətinin sədri: “Azərbaycan tarixində inflyasiya ən aşağı səviyyədədir”

Mərkəzi Bankın İdarə Heyətinin sədri: “Azərbaycan tarixində inflyasiya ən aşağı səviyyədədir”
# 10 may 2014 08:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Ölkədə çox yüksək makroiqtisadi sabitlik hökm sürür. İnflyasiya tarixi olaraq ən aşağı səviyyədədir. Rübün yekunlarına görə də biz 2 faizlik inflyasiyaya nail ola bilmişik”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov bildirib ki, Mərkəzi Bank ölkədə faiz dərəcələrinin aşağı salınması siyasətini də həyata keçirir: “Məhz bazara belə siqnal ötürülür ki, ilin sonuna kimi davamlı makroiqtisadi sabitlik, aşağı inflyasiya proqnozlaşdırılır. Bazara göndərilən bu mesaj onunla əlaqədardır ki, faiz dərəcələri aşağı salınmalıdır. Faiz dərəcələri elə səviyyəyə salınmalıdır həm əhali, həm də biznes üçün əhəmiyyətli olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR