Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti bu il əsas məqsədlərinə nail olub»

Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti bu il əsas məqsədlərinə nail olub»
# 28 dekabr 2013 14:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü il üçün qarşıya qoyduğu əsas məqsədlərinə nail olub. Bu il Şirkət 8,3 mln. ton neft və 7,15 mlrd. kubmetr qaz hasil edib.


«APA-Economics»in məlumata görə, bunu ARDNŞ-in prezidenti R.vnəq Abdullayev bu gün ilin yekunları ilə bağlı keçirilən tədbirdə bildirib: «ARDNŞ artıq dünyada sevilən və sayılan şirkətə çevrilib».


Onun sözlərinə görə, bu nəticələrin əldə olunmasında on minlərlə Azərbaycan neftçisinin zəhməti var: «Bu il ARDNŞ qarşısına qoyduğu nəticələrə nail olub. Yeni qazma qurğuları alınır. İki il ərzində 6 yeni qazma quyusu alınıb. Ölkənin qazlaşdırılması 90%-i ötüb, 1,680 mln. nəfər qaz abonenti var. Artıq 2015-ci ildə qazlaşdırmanın səviyyəsi 99%-ə çatdırılacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR