Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti Süleyman Ələsgərovun 90 illik yubileyi qeyd olunub

Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti Süleyman Ələsgərovun 90 illik yubileyi qeyd olunub
# 30 aprel 2014 09:08 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 29-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) xalq artisti Süleyman Ələsgərovun 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

APA-nın məlumatına görə, ABİ-nin katibi Lalə Hüseynova bildirib ki, bəstəkarın 90 illik yubileyi ölkədə geniş qeyd olunacaq.

Xalq artisti Musa Mirzəyev Azərbaycan musiqisi tarixində və inkişafında Süleyman Ələsgərovun özünəməxsus yer tutduğunu vurğulayıb: “Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifəsidir. Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir”.

Tədbirdə Vidadi Xəlilovun “Süleyman Ələsgərov Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsidir”, ABİ-nin katibi, professor Zemfira Qafarovanın “Süleyman Ələsgərovun elmi-pedaqoji fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarovanın “Süleyman Ələsgərovun orkestr musiqisi haqqında”, xalq artisti, dirijor Ağaverdi Paşayevin “Süleyman Ələsgərovun dirijorluq fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Sonda bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR