Hindistanın şimalında separatçılar 7 nəfəri qətlə yetirib

Hindistanın şimalında separatçılar 7 nəfəri qətlə yetirib
# 19 yanvar 2014 03:36 (UTC +04:00)

Bakı-APA. Hindistanın şimalındakı Assam ştatında “Bodolend Milli Demokratik Cəbhəsi” separatçı hərəkatının üzvlərinin hücumu nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Röyters agentliyi məlumat yayıb.

Belə ki, Udalquri dairəsində üsyançılar bərbəri qətlə yetiriblər, Çiranq şəhərində isə onlar tərəfindən dinc sakin öldürülüb. Bundan başqa, bir neçə silahlı avtobusu saxlayaraq sərnişinlərə nəqliyyat vasitəsini tərk etməyi əmr ediblər. Bundan sonra silahlılar sərnişinləri cərgəyə düzərək onlara atəş açıblar. Nəticədə 5 nəfər ölüb.

Qeyd edək ki, “Bodolend Milli Demokratik Cəbhəsi” separatçı hərəkatının məqsədi Assam ştatının müstəqil elan olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR