Prezident İlham Əliyev Sabirabadda M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binası ilə tanış olub - FOTO

Prezident İlham Əliyev Sabirabadda M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binası ilə tanış olub - <span style="color: red;">FOTO
# 29 avqust 2013 16:42 (UTC +04:00)

Bakı – APA. Bu gün Sabirabad rayonuna səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev prospektində yerləşən 1 200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxıb. Binanın birinci mərtəbəsində Heydər Əliyevin, prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkədə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.

Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı prezidentə məlumat verilib ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılıb, şagirdlərin keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılıb. Məktəbin binası 2010-cu ilin mayında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı qrunt sularının səviyyəsinin qalxması nəticəsində qəzalı vəziyyətə düşüb. Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılıb. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin həyətində ədibin abidəsi ucaldılıb. Ümumi sahəsi 9 415 kv. metr olan 1 200 şagird yerlik 4-mərtəbəli təhsil ocağı 109 otaqdan ibarətdir ki, bunlardan 68-i sinif otağıdır. Burada iki fizika, iki kimya, iki informatika və bir biologiya kabineti yaradılıb. Birinci mərtəbədə müasir idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə müəllimlər, sinif otaqları və ümumi sahəsi 140 kv. metr olan yeməkxana yerləşir. Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı var. Dördüncü mərtəbədə də müəllimlər otağı, müvafiq sinif otaqları yaradılıb. Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman meydançası inşa edilib. Burada müasir idman qurğuları ilə təchiz edilmiş meydançalar da yaradılıb.

Prezident İ.Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR