BMT Cenevrə-2 sülh konfransının başlama tarixini rəsmən açıqlayıb

BMT Cenevrə-2 sülh konfransının başlama tarixini rəsmən açıqlayıb
# 25 noyabr 2013 14:42 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. BMT Suriya üzrə Cenevrə-2 sülh konfransının başlama tarixi barədə razılaşma əldə olunduğunu rəsmən açıqlayıb.

APA-nın “MIGNews.com”a istinadən xəbərinə görə, konfrans yanvarın 22-də işə başlayacaq.

Suriyada 32 aydır müharibə aparan iqtidar və hərbi müxalifət təmsilçiləri ilk dəfə olaraq həmin gün bir araya gələcək. BMT baş katibi Pan Gi Mun konfransı “ümid missiyası” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR