Baş prokuror: “Seçkilərə bağlı işçi qrupu yaradılıb”

Baş prokuror: “Seçkilərə bağlı işçi qrupu yaradılıb”
# 01 oktyabr 2013 08:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda oktyabrın 9-da keçiriləcək seçkilərlə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi, seçki komissiyalarından vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olan cinayət əməlinin olması ehtimal edilən məlumatlara dərhal baxılması və cinayəti törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi işinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə seçki ərəfəsində və sonrakı mərhələlərdə də qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, ölkə üçün bu məsuliyyətli mərhələdə dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR