Misirdə qaz kəməri partladılıb

Misirdə qaz kəməri partladılıb
# 17 yanvar 2014 19:23 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Əl-Ariş şəhəri yaxınlığında baş verib.

Partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Xəsarət alanlar haqqında məlumat yoxdur.

Yerli güc strukturlarının məlumatına əsasən, ekstremistlər məsafədən idarə olunan partlayıcı qurğunu qaz magistralının altına qoyublar.

Hadisə yerində yanğınsöndürənlər və qaz üzrə mütəxəssislər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR