“Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

“Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda elmi-praktik konfrans keçirilib - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Müəllif Hüquqları Agentliyi (MHA) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, bu gün dünyada İKT sürətlə inkişaf edir, əhatə dairəsi genişlənir və təklif olunan xidmətlər artır. Onun sözlərinə görə, virtual məkanda əqli mülkiyyət bir fenomen kimi öz kontekstindən fərqli fəaliyyət göstərir. K.İmanov qeyd edib ki, əqli mülkiyyət obyektləri, müəlliflik hüququ qorunan obyektlərin əksəriyyəti internetə inteqrasiya olunub: “Müasir dövrdə internet əqli mülkiyyət obyektlərinin virtual bazarına çevrilib. Müşahidələr göstərir ki, elektron ticarət qaydasında alqı-satqısı həyata keçirilən malların sırasında əqli mülkiyyət hüquqları ilə qorunan obyektlər üstünlük təşkil edir. Belə malların payı 50%-dən çoxdur. Satılan hər 4 maldan 3-ü müəlliflik hüququnun obyektidir. İnformasiya-kommunikasiya texnologiyaları obyektlərinin əksəriyyəti əqli mülkiyyət hüquqları ilə qorunur. Lakin bu gün internet şəbəkəsində əqli mülkiyyətin hüquqlarının qorunması çox vacibdir. Bunun üçünsə mühüm müzakirələr aparılmalı, qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir”.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etməsi əqli mülkiyyətin qorunması ilə bağlı yeni məsələləri ortaya çıxır, mövcud məsələlərin əhatəsini genişləndirir. Onun sözlərinə görə, İKT özünün əsasında bilavasitə əqli mülkiyyətin qorunması dayanır: “Hər bir istehsal olunmuş məhsulun müəlliflik hüquqları qorunmalıdır. Azərbaycanda əqli mülkiyyət hüquqları yüksək səviyyədə qorunur. Əqli mülkiyyətin qorunmasında vacib olan məsələlərdən biri də Azərbaycanda yeni “star-up”ların genişlənməsidir. Yeni məhsulu, ideyanı ortaya qoya biləcək gənclər, şəxslərin formalaşması, onlara cəmiyyətdə geniş imkanlar üçün addımlar atır. Onların ideyalarının qorunması və ictimaiyyətə çatdırılmasında əqli mülkiyyətin qorunmasından vacib rol oynanır. “İP-İT” birliyi də ölkədə bir-birinə təkan verərək İKT sahəsinin həm inkişaf etməsinə, həmdə burada mövcud olan ziddiyyətlərin azaldılmasına xidmət edəcək”.

Millət vəkili Rəbiyyət Aslanova da virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Çıxış edən digər qonaqlar da bu sahədə müəyyən işlərin görülməsinin əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR