KXCP sədri Milli Şuranın Koordinasiya Şurasının iclasında qurumun adının dəyişdirilməsini təklif edəcək

KXCP sədri Milli Şuranın Koordinasiya Şurasının iclasında qurumun adının dəyişdirilməsini təklif edəcək
# 22 yanvar 2014 11:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Şuranın adının dəyişdirilməsi ilə bağlı KXCP-nin təklifi aktuallığını itirməyib”.

Bunu APA-ya açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

M. Mirəlioğlu bildirib ki, hələ də Milli Şuranın adı, Milli Şuradan kimin çıxması, kimin qalması gündəmdəki əsas məsələlər sırasında qalmaqdadır: “Bütün bunlar bir sıra dəyişikliklərin olmasını aktuallaşdıracaq. Bu gün də o fikirdəyəm ki, Milli Şuranın adı dəyişdirilə bilər. Lazım gəlsə, bu məsələni Milli Şuranın Koordinasiya Şurasının bu gün keçirilən toplantısında da qaldıracam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR