Sumqayıtda dini qruplaşmalardan birinin lideri həbs edilib - YENİLƏNİB - VİDEO

Sumqayıtda dini qruplaşmalardan birinin lideri həbs edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 dekabr 2013 10:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Sumqayıtda həyata keçirilən sonuncu həbslərlə bağlı açıqlama yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulublar.

V. Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb.

Bununla da dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı tutulanların sayı 16-a çatıb.

***

Saat 12.33

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda “Vəhhabilər”inin lideri kimi tanınan, 1979-cu il təvəllüdlü Elçin Əkbər oğlu Əkbərov həbs edilib. O, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olub. E. Əkbərovdan xeyli sayda silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Bununla da, tutulanların sayı 15-ə çatıb.

Hazırda həmin hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR