Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Qaxda baş verən yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Qaxda baş verən yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb - <span style="color: red;">VİDEO
# 01 yanvar 2014 14:50 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, 2013-cü il dekabrın 31-də Qax rayonunun Qaxbaş kəndi ərazisindəki Ulubaş yüksəkliyində dövlət fonduna aid yay otlaq sahəsində, İlisu Dövlət Təbiət Qoruğunun 8 saylı dolayının yaxınlığında yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində dövlət fonduna aid ərazidəki 4 hektara yaxın quru ot örtüyü yanıb.

ETSN-in İlisu Dövlət Təbiət Qoruğunun, FHN-in rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının və yerli icra hakimiyyəti nümayəndələrinin səyləri nəticəsində alovun qoruq ərazisinə keçməsinin qarşısı alınıb, İlisu Dövlət Təbiət Qoruğunun meşə sahəsinə heç bir ziyan dəyməyib.

Yanğın təxminən saat 22 radələrində tam söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR