Baş Prokurorluq intihara cəhd edən keçmiş prokurorluq işçisinin 7 il əvvəl işdən qovulduğunu açıqlayıb - VİDEO - YENİLƏNİB

Baş Prokurorluq intihara cəhd edən keçmiş prokurorluq işçisinin 7 il əvvəl işdən qovulduğunu açıqlayıb - <span style="color: red;">VİDEO - YENİLƏNİB
# 29 aprel 2014 14:03 (UTC +04:00)

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Fəxrəddin Məmmədov Oğuz Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində işləyərkən xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə Baş Prokurorluq üzrə 2 avqust 2007-ci il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib.

***

Saat 14.03

Bakı. Hafiz Heydərov - APA. Bakıda keçmiş prokurorluq işçisi intihara cəhd edib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəhidlər xiyabanının yaxınlığında qeydə alınıb.

Keçmiş prokurorluq işçisi Fəxrəddin Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində F. Məmmədov fikrindən daşındırmaq mümkün olub.

Polisə aparılan F. Məmmədovun hansı səbəbdən intihar etmək istədiyi araşdırılır.

F. Məmmədovun uzun illər əvvəl prokurorluq orqanlarında çalışdığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR