“Rabitə”nin voleybolçusu: “Allah mənə istənilən komandada lider olmaq bacarığı verib”

“Rabitə”nin voleybolçusu: “Allah mənə istənilən komandada lider olmaq bacarığı verib”
# 19 fevral 2014 16:03 (UTC +04:00)

Bakı – APA. “Allah mənə istənilən komandada lider olmaq bacarığı verib”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin dominikalı voleybolçusu Brenda Kastillo deyib.


Bakı təmsilçisinin 22 yaşlı liberosu Azərbaycan karyerası barədə danışıb. Ötən il “Rabitə”yə gələrək, əsas heyət üzvünə çevrilən voleybolçu komandada xoşbəxt olduğunu bildirib: “Burada əsasən Azərbaycan və ingiliscə danışırlar. Mən ispan dilli olduğumdan ünsiyyətlə bağlı müəyyən çətinlik olur. Artıq buna da öyrəşmək üzrəyəm. Azərbaycanda oynayan digər dominikalılarla (Super Liqada 5 dominikalı çıxış edir - red) tez-tez görüşürük. Onlarla bir ailə kimiyik. Ölkəmizlə müqayisədə bura bir qədər soyuqdur. Həmçinin, mətbəxlər də fərqlidir”.

Ötən il “Rabitə” ilə Azərbaycan çempionu adına yiyələnən Brenda hədəflərinin yalnız Çempionlar Liqası kubokunu qazanmaq olduğunu deyib. Onun sözlərinə görə, yaxşı formada olmaları və doğma azarkeşlər önündə oynamaları kuboku qazanmaqda problem yaratmamalıdır: “Bu mövsüm üçün əsas hədəfimiz də bəllidir. Komandamız Çempionlar Liqasında qələbə qazanmaq istəyir. İndi nümayiş etdirdiyimiz oyun da arzumuza çatmağa imkan verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR