Azərbaycanda bu il mindən artıq əlil istirahət mərkəzinə göndəriləcək

Azərbaycanda bu il mindən artıq əlil istirahət mərkəzinə göndəriləcək
# 16 may 2014 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunan tədbir əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkilinə xidmət edir. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunacaq.

İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil olunacaq. Qeyd olunan Proqrama əsasən, 2014-cü il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR