Azərbaycanda yeni tikilən binalarda alternativ enerji qurğuları olacaq

Azərbaycanda yeni tikilən binalarda alternativ enerji qurğuları olacaq
# 22 may 2013 12:52 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, bu tələb ölkədə alternativ enerji mənbələrinin inkişafı ilə bağlı hazırlanan və hazırda layihəsi Prezident Administrasiyasında baxılan strategiyada nəzərdə tutulub: «Strategiyada nəzərdə tutulur ki, yeni tikilən binaların hamısında alternativ enerji qurğuları olmalıdır». Agentlik rəhbərinin sözlərinə görə, enerji qurğularının quraşdırılması nəticəsində binaların enerjiyə olan tələbatının bir hissəsi həmin qurğuların hesabına təmin ediləcək. Strategiyada nəzərdə tutulan tələblərə əsasən, binaların enerjiyə tələbatının 20%-ə qədəri alternativ enerji ilə təmin olunmalıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR