Əfv komissiyası iclaslarını davam etdirir

Əfv komissiyası iclaslarını davam etdirir
# 18 sentyabr 2013 13:11 (UTC +04:00)

Komissiyadan APA-ya verilən məlumata görə, komissiyanın yaxın günlərdə növbəti iclası keçiriləcək.

Əfv ilə bağlı komissiyaya sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfv ərizəsi ilə yanaşı, bir sıra müraciətlər də daxil olub ki, onlar arasında həbsdə olan tanınmışlardan da var.

Komissiyadan bildirilib ki, əfv sərəncamının bu ayın sonuna qədər verilməsi gözlənilir. Hazırda müvafiq olaraq iclaslarda komissiyaya daxil olan müraciətlər araşdırılır və tezliklə yekunlaşdırılaraq ölkə başçısına təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR