Azərbaycanın müdafiə sənayesi naziri ABŞ şirkətlərinin nümayəndələri ilə görüşüb

Azərbaycanın müdafiə sənayesi naziri ABŞ şirkətlərinin nümayəndələri ilə görüşüb
# 12 iyun 2014 15:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ABŞ-ın “Bell Helicopter Textron”, “Sierra Nevada Corporation” və “FLİR Systems” şirkətlərinin nümayəndələri ilə görüşüb. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Şirkət nümayəndələri də öz növbəsində təmsil etdikləri şirkətlər haqqında ətraflı informasiya veriblər.

Görüşdə Azərbaycanın müdafiə sənayesi ilə Birləşmiş Ştatların müvafiq qurumları arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR