ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır - FOTOSESSİYA - VİDEO

ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 14:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında "Helsinki+40: İnsan təhlükəsizliyinə doğru" qətnamə layihəsinə referendum və Krımla bağlı düzəlişlər qəbul edilib.

APA-nın məlumatına görə, referendumla bağlı Rusiya tərəfindən təklif edilən düzəlişə əsasən üzv dövlətlərin vətəndaşlarının milli qanunvericilik çərçivəsində və beynəlxalq standartlara uyğun referendum keçirmək hüququ təsdiq edilir.

Krımla bağlı düzəliş isə Ukrayna nümayəndə heyəti tərəfindən təklif olunub. Düzəlişdə ATƏT Parlament Assambleyası Rusiyanı Ukraynanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin ilhaqını (anneksiya) ləğv etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR