AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Gürcüstanda elmi ezamiyyətdə olub - FOTO

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Gürcüstanda elmi ezamiyyətdə olub - <span style="color: red;">FOTO
# 11 iyun 2014 08:12 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Vahid Güvəndiyev, Xarıbül Əzizxanlı və Kəmalə Əsədova Gürcüstanın Tiflis Botanika İnstitutunda elmi ezamiyyətdə olub.

İnstitutdan APA-ya verilən məlumata görə, dörd günlük səfərdə məqsəd institutun herbari fondunda Azərbaycan ərazisindən yığılan paxlalılar fəsiləsinə aid herbari nüsxələrinin tədqiqi və onlara aid məlumatların qeydə alınmasından ibarətdir.

Azərbaycan alimləri institutun kitabxanasında həmin fəsiləyə aid, gürcü alimlərin müəllifi olduğu monoqrafik əsərlərlə də tanış olmuş və onlar haqda məlumatlar toplayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR