Penitensiar xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə  həyata keçirilib

Penitensiar xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə  həyata keçirilib
# 04 noyabr 2013 08:27 (UTC +04:00)


Bakı-APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri mütəmadi başçəkmələri davam etdirir. MPQ-nin həkim üzvünün də iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşmış Müalicə Müəssisəsinə planlı uzunmüddətli başçəkmə həyata keçirilib. Ombudsman Aparatının mətbuat xidmətibdən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd müəssisədə saxlanılma şəraitinin, məhkumlarla rəftarın və müalicə məsələlərinin öyrənilməsi olub.

Bu məqsədlə müəssisənin bütün obyektlərinə, o cümlədən korpuslarına, cərimə palatasına, görüş yerlərinə baxış keçirilib, 30-dək məhkum fərdi qaydada qəbul edilib, hüquqları izah olunub, lazımi sənədlər və qeydiyyat kitabları öyrənilib. Araşdırma zamanı məhkumlardan şikayət daxil olmayıb.

Başçəkmə zamanı bir sıra müsbət hallar, o cümlədən əvvəlki illərlə müqayisədə ölüm hallarının əhəmiyyətli dərəcədə azalması, dərman və ərzaq təminatının yüksək səviyyədə olması, müəssisənin müasir laborator avadanlıqla təchiz edilməsi, müəssisədə beynəlxalq təlim mərkəzinin açılması, müxtəlif ölkələrlə aparılan təcrübə mübadiləsi qeydə alınıb.

Araşdırma zamanı qeyd olunan müsbət hallarla yanaşı, bir sıra xırda nöqsanlar da aşkar edilib və MPQ üzvlərinin tövsiyələri əsasında müəssisə rəhbərliyi tərəfindən dərhal aradan qaldırılıb.

Ombudsman başçəkmənin nəticələri ilə bağlı ədliyyə nazirinə məktub göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR