Rumıniya mətbuatında “Xocalı-Azərbaycana qarşı insanlıq cinayəti” başlıqlı geniş məqalə dərc olunub

Rumıniya mətbuatında “Xocalı-Azərbaycana qarşı insanlıq cinayəti” başlıqlı geniş məqalə dərc olunub
# 27 fevral 2014 04:07 (UTC +04:00)

Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulması, qaçqın və məcburi köçkünə çevrilməsi və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunması bildirilib.

Eyni zamanda məqalədə göstərilir ki, 20-ci əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı beynəlxalq mətbuat və insan hüquqları üzrə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınsa da, dünya bu ağır cinayətə layiqli hüquqi qiymət verməyib. Əksinə, hiyləgər erməni diasporunun aldadıcı cəhdlərinin təsiri altında, xüsusən Avropadakı bir sıra ölkələr Osmanlıda baş vermiş toqquşmaları qondarma “soyqırım” kimi qəbul edib, nəticədə tarixçilər tərəfindən ortaya çıxarıla biləcək həqiqət və gerçəkliklərə bilərəkdən göz yumaraq bir çox siyasətçilər və dövlət rəhbərləri bu amildən siyasi divident qazanmağa çalışıblar.

Məqalədə qeyd edilir ki, bu gün diasporunun köləsinə çevrilmiş Ermənistan dövləti Xocalıda günahsız insanlara qarşı törətdiyi qırğını ört-basır edə bilməz, çünki soyqırımı törədənlər öz qanlı əməllərini müxtəlif dövrlərdə davamlı şəkildə, “qürurla” və utanmazcasına ictimaiyyət qarşısında etiraf ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR