Avropa İttifaqı vergidən yayınanların həyatını ağırlaşdıracaq

Avropa İttifaqı vergidən yayınanların həyatını ağırlaşdıracaq
# 23 may 2013 04:51 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı vergi ödəməkdən yayınan vətəndaşların həyatını xeyli dərəcədə ağırlaşdırmaq fikrindədir. APA-nın məlumatına görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy Avropa İttifaqı sammitinin nəticələrini şərh edərkən deyib.

Rahoy bildirib ki, bu il 131 mindən çox ispaniyalı vergi ödəyicisi xaricdə 87,7 milyard avro məbləğində pul vəsaiti və ya əmlaklarının olduğunu bəyan ediblər. «Bu böyük rəqəmdir. Vergi orqanlarının bu məbləğdən vergi ödənişinə nəzarəti gücləndirmək imkanları var və onlar bunu etməlidirlər», deyə o əlavə edib.

O həmçinin İspaniyanın bank məlumatlarının mübadiləsi barədə razılaşmanı dəstəklədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR