Avropa Birliyi Rusiyanın qonşu dövlətlərə təzyiqindən narahatdır

Avropa Birliyi Rusiyanın qonşu dövlətlərə təzyiqindən narahatdır
# 07 sentyabr 2013 18:01 (UTC +04:00)

Bakı-APA. Litva paytaxtında bir araya gələn Avropa Birliyi ölkələrinin XİN rəhbərləri Rusiyaya xəbərdarlıq edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, onlar Moskvanın Qərblə daha sıx əməkdaşlığa can atan qonşu dövlətlərə təzyiq göstərməsini lüzumsuz olduğunu bəyan edib.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşdən sonra XİN rəhbərləri etiraf edib ki, “Şərq tərəfdaşlığı” ölkələri böyük təzyiqlə üzləşir.

"Şərqdəki qonşularımızın öz iqtisadi və siyasi əlaqələrini özlərinin müəyyən etməsini istəyirik", - deyə Eşton vurğulayıb.

Öz növbəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçus qeyd edib ki, Rusiyanın Ukrayna və digər şərq tərəfdaşlarına təzyiqi artacaq. Bu üzdən də o hesab edir ki, məsələ Avropa Birliyinin gündəmində qalmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR