İran, İraq və Qətər arasında Suriya böhranı ilə bağlı üçtərəfli görüş keçirilib

İran, İraq və Qətər arasında Suriya böhranı ilə bağlı üçtərəfli görüş keçirilib
# 28 fevral 2014 16:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün axşam saatlarında Tehranda İran, İraq və Qətər xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə Suriya böhranı əsas müzakirə mövzusu olub.

Məhəmməd Cavad Zərif, Huşyar Zibari və Xalid Məhəmməd bin əl-Ətiyyə Suriya böhranının diplomatik yolla həlli üçün regional səylərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR