ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “İsrail ABŞ-ın zərurət yaranacağı təqdirdə İrana hücum edəcəyini bilir”

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “İsrail ABŞ-ın zərurət yaranacağı təqdirdə İrana hücum edəcəyini bilir”
# 02 aprel 2014 16:08 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Martin Dempsi deyib.

Onun sözlərinə görə, ABŞ və İsrail İranın bölgə üçün təhlükəsinin necə qarşısını almağı geniş şəkildə razılaşdırıblar: “Fikrimcə, İsrail ictimaiyyəti İrana qarşı hərbi seçimdən əvvəl diplomatik yoldan istifadə edilməsinə razıdır. Mən hesab edirəm ki, onlar bizim hərbi seçimdən istifadə edəcəyimizə inanırlar. ABŞ və İsrail arasında keçmişdə ixtilaflar olsa da, ancaq hazırda hər iki ölkə İran təhlükəsinin və ABŞ-ın mövqeyinin dəyərləndirilməsi üçün daima təmas halındadırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR