Avropa Birliyi İsveçrə ilə münasibətlərə yenidən baxa bilər

Avropa Birliyi İsveçrə ilə münasibətlərə yenidən baxa bilər
# 10 fevral 2014 09:19 (UTC +04:00)

Bakı – APA. Avropa Birliyi İsveçrə ilə münasibətlərə yenidən baxa bilər.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının kommünikesində deyilir.

Avropa Birliyini bu addıma İsveçrədə miqrant axınının qarşısının alınması ilə bağlı keçirilmiş referendumun nəticələri vadar edə bilər.

Qeyd edək ki, bazar günü keçirilən referendumda İsveçrə vətəndaşlarının 50,3% kütləvi miqrasiyanın qarşısının alınmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR