Rusiya XİN: Beynəlxalq ekspertlər Suriyada kimyəvi hücumla bağlı foto və videoların saxtalaşdırıldığını sübuta yetiriblər

Rusiya XİN: Beynəlxalq ekspertlər Suriyada kimyəvi hücumla bağlı foto və videoların saxtalaşdırıldığını sübuta yetiriblər
# 10 sentyabr 2013 10:35 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu bəyanatla Rusiya XİN çıxış edib.

Açıqlamada deyilir ki, avqustun 21-də baş vermiş hadisənin qabaqcadan saxtalaşdırıldığı haqda inandırıcı dəlil-sübutlar mövcuddur: “Çoxsaylı şahidlərin ifadələri nümayiş etdirildi, onların hamısı birmənalı bildirdi ki, kimyəvi silah Şərqi Quta rayonunda silahlı qruplar tərəfindən tətbiq olunub. İnsidentin aktivistlər tərəfindən aparılmış təhqiqatının nəticələri və şahid ifadələri Suriya üzrə müstəqil komissiyaya təqdim olundu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR