Hacı Əbdül yeni təşkilat yaradıb

Hacı Əbdül yeni təşkilat yaradıb
# 19 iyun 2013 10:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün “Vətən naminə” ictimai birliyi təsis olunub.

APA-nın məlumatına görə, birliyin sədri Hacı Əbdül bildirib ki, bu birlik vətənpərvər qüvvələrin birliyidir: “Bu gün xalq arasında ruh düşkünlüyü, gənclərimiz arasında kök salan mənəviyyatsızlıq, bəzi məmurların özbaşınalığı, bəzi müxalifətçilərin hakimiyyət hərisliyi Azərbaycanın acınacaqlı vəziyyətidir. Vətənimiz ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkədə vəziyyət gərginləşib. Torpaqlarımızın qəsbi, özünü müxalifət adlandıran bəzi qüvvələrin hakimiyyətə olan aşkar hərisliyi, bəzi məmurların özbaşınalığı xalqa ağır zərbə vurub. Biz yeni yaratdığımız bu birliklə xalqın vətənpərvər oğullarını burada təmsil olunmağa çağırırıq”.

Hacı Əbdülün sözlərinə görə, ölkədəki vəziyyəti, qarşıdan gələn seçkiləri, vətəni və dövlətçiliyi qorumaqdan ötrü, ümumiyyətlə, 1990-cı illər hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün “Vətən naminə” Xalq Birliyini yaratmaq qərarına gəlib. O qeyd edib ki, bu birlik Azərbaycan müstəqilliyini və ərzi bütövlüyünü qoruyacaq, əhalinin həyat səviyyəsini yaxşılaşdıracaq və bütün vətəndaşlara qarşıdakı seçkilərdə dəstək olacaq.

Sonra birliyin bəyannaməsi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR