Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı iki qərarının icra vəziyyətini müzakirə edəcək

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı iki qərarının icra vəziyyətini müzakirə edəcək
# 05 sentyabr 2013 09:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Sentyabrın 24-26-da 47 üzv ölkənin Avropa Şurasında daimi nümayəndələri Avropa İnsan Haqları Məhkəməsinin bir sıra qərarlarının icra vəziyyətlərini müzakirə edəcəklər.

APA-nın məlumatına görə, müzakirəyə çıxarılan qərarlar Azərbaycan, Belçika, Bolqarıstan, Bosniya-Herseqovina, Macarıstan, Yunanıstan, İtaliya, Polşa, Rusiya, Rumıniya, Sloveniya, Serbiya, Birləşmiş Krallıq, Türkiyə və Ukrayna ilə bağlıdır.

Nazirlər Komitəsinin iclasında Azərbaycanla bağlı iki işə baxılacaq. Bunlardan biri 2005-ci ildə Nemət Əliyevin seçki hüquqlarının pozulması, digəri Rövşən Mahmudov və Yaşar Ağazadə barədə çıxarılan qərardır.

Xatırladaq ki, AŞ Nazirlər Komitəsi Avropa İnsan Haqları Konvensiyasının 46-cı maddəsinə əsasən nəzarət funksiyasını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR