Kiyevə göndərilən desant briqadasının əsgərlərini daşıyan hərbi avtomobil qəzaya uğrayıb, 3 nəfər ölüb

Kiyevə göndərilən desant briqadasının əsgərlərini daşıyan hərbi avtomobil qəzaya uğrayıb, 3 nəfər ölüb
# 20 fevral 2014 13:45 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı 3 hərbçi ölüb, 9-u xəsarət alıb. Qəzanın səbəblər araşdırılır.

Qəzaya düşənlər Dnepropetrovsk 25-ci əlahiddə hava-desant briqadasının əsgərləri olub. Müdafiə Nazirliyi onların Kiyevdə yerləşən silah-sursat bazalarının mühafizəsinə cəlb ediləcəyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR