Azad Suriya Ordusu “Cenevrə-2” prosesində iştirakının şərtlərini irəli sürüb

Azad Suriya Ordusu “Cenevrə-2” prosesində iştirakının şərtlərini irəli sürüb
# 13 noyabr 2013 00:48 (UTC +04:00)

Bakı-APA. Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan müxalif Azad Suriya Ordusu (ASO) Suriya böhranının tənzimlənməsi üzrə keçiriləcək “Cenevrə-2” prosesində iştirakının şərtlərini irəli sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Cəzirə” telekanalı ASO-nun bəyanatına istinadla məlumat yayıb.

Azad Suriya Ordusunun irəli sürdüyü şərtlər aşağıdakılardır: Suriya Konstitusiyasının tətbiqinin dayandırılması və Dəməşqin prezident Əsədin hakimiyyətdən getməsinə razılığı, bütün siyasi məhbusların azad edilməsi, Livanın “Hizbullah” hərəkatının, İraq və İranın silahlı birləşmələrinin ölkədən çıxarılması.

ASO rəhbərliyi hesab edir ki, “Cenevrə-2” konfransının məqsədi ordu da daxil olmaqla, bütün dövlət qurumlarına idarə etmək səlahiyyətlərinə malik müvəqqəti hökumətinin yaradılmasıdır. ASO rəhbərliyin fikrinə görə, “Suriya xalqına qarşı cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün Cenevrədə müstəqil məhkəmə orqanı yaradılmalıdır”. ASO-nun bəyanatında qeyd olunur ki, Suriya müxalifəti Cenevrədə Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası və ASO-nun Ali Hərbi Şurasının nümayəndələrindən ibarət vahid nümayəndə heyəti ilə təmsil olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR