Azərbaycanda bir-birini sevən 10-cu sinif şagirdləri intihar ediblər - VİDEO

Azərbaycanda bir-birini sevən 10-cu sinif şagirdləri intihar ediblər - <span style="color: red;">VİDEO
# 25 may 2014 08:18 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakinləri, 1998-ci il təvəllüdü Quliyev Vasif Yaşar oğlu və 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı birlikdə intihar ediblər.



Hər iki şəxs Xaçmaz şəhər Çingiz Abdullayev adına 2 saylı orta məktəbin 10-cu sinif şagirdi olub.

APA-nın əldə etdiyi məlumata görə, məktəblilər bir-birini seviblər və ayrılmamaq üçün intihar ediblər. Qız Rusiyada yaşayan qohumuna nişanlanıb, bu səbəbdən tezliklə ayrılacaqlarını anlayan gənclər birlikdə intihar etməyi qərara alıblar. Onlar məktəbin yaxınlığında yerləşən meşə massivində özlərini ağacdan asıblar.

V. Quliyevin atası Yaşar Quliyev polis serjantıdır.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR