Qaxda 79 yaşlı qoca intihar edib

Qaxda 79 yaşlı qoca intihar edib
# 04 iyun 2014 20:31 (UTC +04:00)

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Meşəbaş kəndində qeydə alınıb.

1935-ci il təvəllüdlü, Qax rayonu Meşəbaş kənd sakini, milliyətcə gürcü olan Şixamiraşvili Aqran Allahverdiyeviç özünü yaşadığı evin həyətyanı sahəsindəki zoğal ağacından asaraq intihar edib.

79 yaşlı qocanın özünü hansı səbəblərdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR