Dow Jones indeksi 0,8%, S&P 500 0,6% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,6% yüksəlib, Nasdaq 0,1% enib
# 17 sentyabr 2013 06:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 495 bəndədək, S&P 500 0,6% - 1 698 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 718 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əsasən xarici amillər təsir edib. Belə ki, tədricən Suriyaya xarici hərbi müdaxilənin ehtimalları azalır və bu, bazarlara müsbət təsir göstərir.

Avropa fond bazarlarında sentyabrın 16-da FTSE 100 indeksi 0,6% - 6 623 bəndədək, Almaniya DAX-ı 1,2% - 8 613 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 152 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 313,3 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3331 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR