Belçikalı deputat: “BMT qətnamələrinin Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir”

Belçikalı deputat: “BMT qətnamələrinin Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir”
# 19 noyabr 2013 11:51 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, bunu Belçika Parlamentinin üzvü Alan Kurtua (Alain Courtois) deyib.

Onun sözlərinə görə, iyirmi ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi, coğrafi və mədəni potensialından tam bəhrələnməyə əngəl törədir: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin hələ də Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir. Fikrimcə, istənilən konstruktiv danışıqlar beynəlxalq hüquq və prinsiplər əsasında aparılmalıdır. Ermənistan bu beynəlxalq çərçivə ilə razılaşmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Məhz bundan sonra balanslı danışıqlar bütün Cənubi Qafqaz regionu üçün səmərəli həll yoluna çıxaracaq.

Azərbaycanın qaçqın və məcburi köçkün problemi sözsüz ki, faciədir. Mən beynəlxalq ictimaiyyəti bu unudulmuş problemə daha çox diqqət ayırmağa çağırıram. Beynəlxalq ictimaiyyətin Suriyadakı insan faciəsinə bu qədər diqqət yetirdiyi halda, Cənubi Qafqazdakı daha köhnə olan qaçqın və məcburi köçkün problemi diqqətdən kənarda qalıb. Bu, Azərbaycana sosial-iqtisadi cəhətdən inkişaf etməsinə və təminatlı gələcəyini qurmasına əngəl törədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR