Fransa hökuməti Suriyanın kimyəvi silah tətbiqinə dair kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlayıb

Fransa hökuməti Suriyanın kimyəvi silah tətbiqinə dair kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlayıb
# 05 sentyabr 2013 13:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Fransanın Azərbaycandakı səfirliyinin yaydığı sənəddə fransız kəşfiyyatının mənbələri əsasında Suriyada kimyəvi silahla bağlı analiz öz əksini tapıb.

“Suriyada dünyanın ən mühüm və operativ kimyəvi silah ehtiyatları saxlanır, bu ehtiyatlar uzun müddət Fransa kəşfiyyatı və tərəfdaşları tərəfindən monitorinq edilib. Suriyada ümumilikdə 1000 ton kimyəvi maddə və kimyəvi prekursorlar, o cümlədən bir neçə yüz ton kükürd ipriti, zarin qazı və bir neçə ton zəhərli VX var”.

Sənəddə bildirilir ki, Bəşər Əsəd rejimi Şərqi Qutada artıq kimyəvi silah tətbiq edib. Fransa kəşfiyyatı aprelin 29-da Saraqebdə və aprelin ortalarında Dəməşq yaxınlığındakı Cobar qəsəbəsində zarin qazının tətbiq olunmasını isbatlayan bionümunələr və materiallara sahibdir. Fransa kəşfiyyatının analitikləri bildirir ki, avqustun 21-də Şərqi Qutada kimyə silah tətbiqi yalnız Əsəd rejiminin əmri ilə həyata keçirilə bilərdi və rejim izləri yox etmək üçün müfəttişləri bir neçə gün hadisə yerinə buraxmayıb.

“Suriya müxalifəti kimyəvi maddələrdə istifadə edə bilməzdi. Çünki heç bir qruplaşmanın bu kimyəvi maddələrə, xüsusilə Şərqi Qutada tətbiq olunan miqdarda kimyəvi maddələrə çıxışı yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR