ABŞ məhkəməsi Əfqanıstanda 16 nəfəri güllələyən amerikalı hərbçini ömürlük həbs cəzasına məhkum edib

ABŞ məhkəməsi Əfqanıstanda 16 nəfəri güllələyən amerikalı hərbçini ömürlük həbs cəzasına məhkum edib
# 24 avqust 2013 04:47 (UTC +04:00)

Bakı-APA. ABŞ məhkəməsi ötən il 16 nəfər Əfqanıstan vətəndaşını güllələyən serjant Robert Beylsı ömürlük həbs cəzasına məhkum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu xəbəri Associated Press yayıb.

Bir müddət öncə Beyls məhkəmədə Əfqanıstanın Qəndəhar əyalətində mülki vətəndaşları qətlə yetirdiyini etiraf edib. Məhz bu etiraf ona ölüm hökmündən yaxa qurtarmağa imkan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR