Lətif Hüseynovun rəhbərlik etdiyi komitə Rusiyada səfərdə olub

Lətif Hüseynovun rəhbərlik etdiyi komitə Rusiyada səfərdə olub
# 19 iyul 2013 12:44 (UTC +04:00)

Bakı - APA. İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Rusiyaya növbəti monitorinq səfərini başa vurub.

L.Hüseynov APA-ya bildirib ki, 11 gün davam edən səfər zamanı nümayəndə heyəti Başqırdıstan Respublikasında, Omsk, Novosibirsk və Yekaterinburq vilayətlərində yerləşən polis bölmələrinə və istintaq təcridxanalarına baş çəkib.

Səfərin əsas məqsədi polis və digər hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərlə necə rəftar olunduğunu qiymətləndirmək olub. Səfərin yekunları Rusiya Daxili İşlər Nazirinin birinci müavini Aleksandr Qorovoyla keçirilən görüşdə ətraflı müzakirə olunub. Monitorinqin nəticələri barədə geniş məruzə hazırlanacaq və Rusiya hökumətinə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR