“Bank of Baku” filiallarda növbəsiz xidmətə başlayıb

“Bank of Baku” filiallarda növbəsiz xidmətə başlayıb
# 19 iyun 2014 13:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank of Baku” filiallarda növbəsiz xidmət üçün “Ekspert ilə görüş vaxtı sifarişi” xidmətinə start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni xidmət bankın 145 Məlumat Mərkəzi nəzdində fəaliyyət göstərir.

İstənilən müştəri bir zənglə kredit eksperti ilə görüş vaxtı təyin edib, bankın məhsul və xidmətləri ilə bağlı məlumat ala, həmçinin “Bolkart” və ya istənilən növ kredit əldə edə biləcək.

Bu xidmətdən faydalanmaq üçün, 145-ə zəng etmək (ölkədaxili istənilən şəhər və mobil nömrələrindən), dil seçimindən sonra operatora qoşulmadan 5 düyməsini (kredit sifarişi) seçmək və mobil nömrəni qeydiyyata salmaq lazımdır.

Nömrə qeydiyyata alındıqdan sonra bankın əməkdaşı ən qısa zamanda qeyd olunan mobil nömrə sahibi ilə əlaqə saxlayıb, onu məlumatlandıracaq və uyğun müştərini növbəsiz kredit və ya “Bolkart” almaq üçün filiala yönləndirəcək.

Bu xidmət sayəsində zaman məhdudiyyəti olan müştərilər vaxtlarına qənaət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR