Berti Foqts: “İndiki nəticəmizə görə çox sevinirəm”

Berti Foqts: “İndiki nəticəmizə görə çox sevinirəm”
# 22 may 2014 13:33 (UTC +04:00)

Bakı – APA. “Mən indiki nəticəmizə görə çox sevinirəm. “Borussiya”nın 6-cı yeri tutub, Avropa Liqasına vəsiqə qazanması da uğurdur. Şadam ki, komandam belə yüksəyə qalxa bilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Hazırda yığmamızla birlikdə ABŞ-da təlim-məşq toplanışında olan mütəxəssis Almaniya mətbuatına müsahibə verib. O, karyerası boyu sadiq qaldığı Mönhenqladbax “Borussiya”sının 2013/14 mövsümündəki çıxışını dəyərləndirib: “Borussiya” maliyyə baxımından “Şalke”, “Bayer” və Dortmund təmsilçisi ilə ayaqlaşa bilməz. Lakin fakt budur ki, belə vəziyyətdə də yaxşı nəticə qazana bilirik. Əslində, mövsümün ilk yarısında daha az xal itirsəydik, Çempionlar Liqasına da çıxa bilərdik”.

Qeyd edək ki, 1-ci dövrədə 25, 2-cidə 30 xal toplayan “Borussiya” Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən 6 xal geri qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR