Türkiyə səfirliyinin yeni mətbuat müşaviri Azərbaycan jurnalistlərini təbrik edib

Türkiyə səfirliyinin yeni mətbuat müşaviri Azərbaycan jurnalistlərini təbrik edib
# 22 iyul 2013 16:48 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan jurnalistlərini peşə bayramı münasibətilə təbrik edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, H.Karadenizin təbrikində deyilir: “Bu gün Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu Azərbaycan milli mətbuatının 138-ci ildönümü qeyd olunur. Milli mətbuatın yaranması Azərbaycan xalqının taleyində bir dönüş nöqtəsi oldu. Sağlam təməllər üzərində qurulan 138 illik Azərbaycan mətbuatı, keşməkeşli və çətin yollardan keçərək bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Bu inkişafda əməyi və töhfəsi olan bütün media nümayəndələrini əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir və bu müqəddəs yolda yeni-yeni uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR