Nazir: 5 750 nəfər Qarabağ əlilinə mənzil verilməsi nəzərdə tutulur

Nazir: 5 750 nəfər Qarabağ əlilinə mənzil verilməsi nəzərdə tutulur
# 19 may 2014 12:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “5 il müddətində 5 750 nəfər Qarabağ əlilinə mənzil verilməsi nəzərdə tutulub. Bu da o deməkdir ki, hər il 1 250 mənzil paylanılacaq”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, prezident İlham Əliyev tərəfindən bununla bağlı tapşırıq verilib: “Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına dair həsr olunmuş iclasda da prezident bildirdi ki, mənzil növbəsinə durmuş Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin tələbatlarının ödənilməsi üçün lazımi tədbirlər görüləcək. Bunun həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş aparır. Biz tələbi, Maliyyə Nazirliyi isə imkanları maliyyələşdirir. İş yekunlaşdıqdan sonra təkliflərimizi cənab prezidentə təqdim etməliyik. Prezidentin köməkçisi ilə görüşmüşəm, yəqin ki, bu gün məlumatlar təqdim olunacaq. Bu məlumatlar əsasında da cənab prezidentin qərarı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR