Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərclərinin 1,25 mlrd. dollara çatacağı gözlənilir

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərclərinin 1,25 mlrd. dollara çatacağı gözlənilir
# 15 may 2014 13:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin I rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 12 mln. ABŞ dolları və əsaslı xərcləri isə 137 mln. dollar təşkil edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu il üçün əməliyyat xərclərinin 50 mln. dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürətlənməsi nəticəsində 1,25 mlrd. dollara qədər artacaq.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz” Mərhələ 1 qazını çatdırır.

İl ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 18,14 mln. kubmetr qaz və ya gündə 110 430 barel neft ekvivalenti olub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (texniki operator – 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (9%). şirkətləridir. Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR