Azərbaycan nümayəndə heyəti AŞPA Siyasi işlər komitəsinin iclasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti AŞPA Siyasi işlər komitəsinin iclasında iştirak edəcək
# 07 mart 2014 07:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün martın 10-da İsveçin Stokholm şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komitədə Avropada neomillətçilik və ksenofobiyanın təzahürləri ilə mübarizə, Federal Avropa uğrunda çağırışlar, Qırğızıstana AŞPA-nın demokratiya üzrə tərəfdaşı statusunun verilməsi və digər məsələlərə baxılacaq.

Səfər martın 13-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR