Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6% azalıb
# 17 mart 2014 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4 968 389,85 min ABŞ dolları təşkil edib.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, keçən ilin müvafiq dövrünə nisbətən 11,5% azdır.

Hesabat dövründə idxal əməliyyatları 1 189 881,43 min dollar təşkil edib ki, bu da ötən ilə nisbətən 17,0% azdır.

Bu ilin 2 ayı ərzində ixrac əməliyyatları 3 778 508,42 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 9,7% azdır.

Nəticədə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 2 588 626,99 min dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR